Azyaşlı qızın ağlayaraq ilahiyyatçıya verdiyi sual hər kəsi kövrəltdi

TV-də dini veriliş aparan ilahiyyatçı Nihat Hatipoğluya verilən suallar və cavablar yenə hər zamankı kimi medianın diqqət mərkəzindədir.

Sultanahmet Meydanından canlı yayımlanan "İftar Özel" verilişində azyaşlı qızın ilahiyyatçıya verdiyi sual hər kəsi kövrəldib.

N.Hatipoğluya: "Anamla atam ayrılıblar. Mən xalamın ərinə ata deyirəm, xalama isə ana. Bu günah sayılır?" – sualı verən qız göz yaşlarına hakim ola bilməyib.