Bakı Sağlamlıq Mərkəzi özəlləşdirilir? - Mərkəzdən cavab

Bakı Sağlamlıq Mərkəzinin özəlləşdirilməyə çıxarılması və bunun üçün artıq həmin müəssisədə hazırlıq işlərinin görülməsi barədə yayılan xəbərlər doğru deyil.

Sabahinfo.Az xəbər verir ki, bunu Trend-ə Bakı Sağlamlıq Mərkəzinin direktoru Hikmət Həsənov deyib.

Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzinin özəlləşdirilməsi barədə mərkəzə hər hansı rəsmi məlumat daxil olmayıb:

"Bakı Sağlamlıq Mərkəzi dövlət müəssisəsidir. Məncə, bura elə dövlət müəssisəsi olaraq da qalacaq".