Bakı sakinini belə altadılar

ABŞ-a istirahətə göndərmək adı ilə vətəndaşlardan pul alan şəxs saxlanılıb.

 

sabahinfo.az-ın məlumatına görə, Gürcüstan vətəndaşı 1980-ci il təvəllüdlü Turan İsayev 2015-ci il dekabr ayında Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Hidayət Məmmədzadənin etibarından sui istifadə edərək onu aldadıb.

 

T.İsayev ABŞ-a istirahətə göndərəcəyi adı ilə ondan 2500 manat və 1500 ABŞ dolları alıb qaytarmayıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

 

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.