Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-adi oğurluq hadisəsinin üstü açılıb.
sabahinfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, iyunun 18-də Bakı şəhər sakini Əli Məmmədovun evindən 25.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən 14 yaşlı qohumu tutulub.