Bu rayonlarda qaz olmayacaq - Bəs qiyməti?

Ötən illərə nisbətən bu il bostan məhsulları bazarlarda yerini daha tez tutub. Hətta fermerlər də qarpız-yemişin bol, qiymətlərin də ucuz olacağını bildiriblər. Onların sözlərinə görə, hazırda daxili bazara çıxarılan məhsulun çoxluğu səbəbindən qiymətlər ötən il ilə müqayisədə 2 dəfə aşağıdır. Əvvəl 60-70-80 qəpiyə satılan yemiş, indi birdən-birə 20 qəpiyə düşüb.

sabahinfo.az bildirir ki, qafqazinfo-nun əməkdaşları həm qiymət, həm də müştərilərin alıcılıq qabiliyyətini müşahidə etmək üçün paytaxtın "Nəsimi" bazarında olub.
Bazarda demək olar ki, hər piştaxtanın üzərində qarpız-yemiş görmək mümkündür. Səhər saatları olmasına baxmayaraq, alıcı gözə dəymirdi. Satıcılar da elə bundan narazıdır. Onların sözlərinə görə yemiş-qarpız sezonu tez açılsa da, elə bir maraqlanan yoxdur:

"Havalara görə, bu il bostan məhsullarının sezonu tez açıldı. Ancaq elə bir alıcı yoxdur".

Bazarda qiymətlər də ucuz sayılmaz. Yemişin kilosu 1 manat 50 qəpiklə 2 manat arasında, qarpız isə 40 qəpiklə 70 qəpik arasında dəyişir. Maraqlısı odur ki, bu məhsullar meyvə-tərəvəz mağazalarında bazardakı qiymətlərdən daha ucuzdur. Məsələn, kilosu 30 qəpiyə qarpıza, kilosu 1 manata yemişə rast gəlmək olar. Satıcılar qiymətlərin baha olmasını belə izah edir:

"Birincisi, bu, yaxşı məhsuldur. Qarpızımız qıpqırmızı, yemişimiz bal kimi. Dadsız yemişi 10 qəpiyə də satmaq olar. İkincisi də, məhsul xaricə, xüsusilə də Rusiyaya ixrac olunduğu üçün qiymətlər bahadır".
"Qarpızımız qıpqırmızı, yemişimiz bal kimi..." - Bəs qiyməti?"Qarpızımız qıpqırmızı, yemişimiz bal kimi..." - Bəs qiyməti?"Qarpızımız qıpqırmızı, yemişimiz bal kimi..." - Bəs qiyməti?