Ceyms Uorlik Serj Sarkisyanla görüşüb

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Vaşinqtonda Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb.

Bu barədə Uorlik Twitter sosial şəbəkəsindəki mikrobloqunda yazıb: "Bu gün axşam Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini müzakirə etmək üçün imkanımız var”.