“DW”-nin baş redaktoru: "Bundestaqın qətnaməsi alman lovğalığıdır"

sabahinfo.az  AZƏRTAC-a istinadən bildirir ki,  DW" baş redaktoru Aleksander Kudaşeff qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni qəbul etdiyi üçün Bundestaqı tənqid edib. Agentlik rəhbəri deyib: "Bundestaq bunu niyə etdi? Buna mənəvi, üstəlik alman təkəbbürü də daxil olmaqla hansısa başqa səbəb vardımı? Əslində, heç bir real səbəb yoxdur".

A.Kudaşeffin sözlərinə görə, bu, partiya nümayəndələri vasitəsilə bütün almanların adından danışan Almaniya Bundestaqının müzakirə edəcəyi məsələ deyil. O deyib: "Bu yalnız təkəbbür deyil, həm də lovğalıqdır. Bu, başqa ölkənin daxili işlərinə müdaxilə, həddi aşmadır".

"DW"-nin baş redaktoru fikrinin davamında əlavə edib: "Diqqət edin, söhbət əxlaqdan deyil, alman əqidəsindən, yəni almanların "üçüncü reyx" və İkinci Dünya müharibəsi, xüsusilə də Avropa yəhudilərinin kütləvi qətli ilə yadda qalan keçmişlərinə baxışından gedir. Bu, həqiqətən də nümunə kimi qəbul edilə bilər. Lakin bu, ilk növbədə, almanların daxili işidir. Onlar keçmişin irsini, mədəniyyət uğursuzluğunu qavramalı, alman keçmişinin təqsirini dərk etməlidir".