Əməkdar artist: "Hər şeyimi oğluma vəsiyyət etmişəm"

Əməkdar artist Zöhrə Abdullayeva "5/5" verilişinin qonağı olub.

Sabahinfo.az axşam.az-a istinadən xəbər verir ki, müğənni vəsiyyətindən danışıb:

"Bir oğlum var, hər şeyimi ona vəsiyyət etmişəm. Onsuz, nəyim varsa, mən öləndə övladıma qalacaq. Deməmişəm ki, mən öləndə filankəs gəlməsin. Ölüm haqdır, kim istəyər yasıma gələr".