Ərdoğan Məhəmməd Əlidən yazdı - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Parkinson xəstəliyindən 74 yaşında həyatını itirən əfsanəvi boksçu Məhəmməd Əli üçün şəxsi "Twitter" hesabından mesaj paylaşıb.

sabahinfo.az  musavat.com-a istinadən bildirir ki, prezident Ərdoğan Məhəmməd Əlinin dünyasını dəyişməsi ilə bağlı bunları yazıb: "Dünən əbədiyyətə qovuşan Məhəmməd Əli milyonların qəlbini fəth edən böyük bir idmançı və gözəl insan idi".

Məşhur idmançının daim irqçiliyə qarşı vuruşduğunu qeyd edən Türkiyə dövlət başçısı yazıb: "Məhəmməd Əlinin ömrü boyu irqçiliyə və ayrı-seçkiliyə qarşı verdiyi azadlıq mübarizəsi heç zaman unudulmayacaq".

Sonda R.T.Ərdoğan "Əzmi, cəsarəti, qərarlılığı bütün insanlığa ilham qaynağı olan Məhəmməd Əliyə Allahdan rəhmət diləyirəm"deyə qeyd edib.

Ərdoğan Məhəmməd Əlidən yazdı - FOTO