Erməni əsgər Qarabağdan necə qaçdıqlarından danışdı

Ermənistan əsgəri aprel əməliyyatları zamanı Azərbaycan ordusunun hərbçilərindən necə qaçdıqları barədə danışıb. sabahinfo.az-ın məlumatına görə, 20 yaşlı Xaçatur Nahapetyan Ermənistan mətbuatına münsahibəsində deyib ki, o döyüşlə"Mən və yoldaşım 3 apreldə baş verən əməliyyatlarda yaralandıq. Qəlpələr ən çox əllərimizdən dəymişdi. Sonra biz qaçmaq qərarına gəldik”.

Nahapetyan deyib ki, hadisə təmas xəttindəki Talış kəndi ətrafında baş verib.


"Biz kəndin içərilərinə doğru gəldik. Orada evlərdən birinin zirzəmisində gizləndik. Biz kömək çağırmaq istəyirdik. Lakin uzun müddət heç yerlə əlaqə saxlaya bilmədik. Zirzəminin hündürlüyü 1.5 metrdən çox deyildi. Dostum və mən ayaq üstə dayana bilmirdik. Amma mən zirzəmidə özümü təhlükəsiz hiss edirdim. Daha sonra geyimlərimizlə yaralarımızı bağladıq. Bir gün zirzəmidə yuxusuz və ac qaldıq”. r zamanı qəlpə yarası alıb.

Ermənistan ordusunun əsgəri o qədər qorxub ki, müsahibə zamanı gülərək hətta "belə bir vəziyyətdə yemək düşünə bilmirdim” də deyib.

"Bir sutkanı zirzəmidə keçirdik. Səhəri gün bizi Madagizə, oradan Xankəndində daha sonra isə Gorus şəhərində yerləşən tibb məntəqəsinə apardılar. Ora mənim əllərimi əməliyyat etdilər. Əllərimi tam hərəkət etdirə bilmirəm. Amma həkimlər hər şeyin yaxşı olacağını deyir”. 

Bu Ermənistan əsgərlərinin Azərbaycan ordusunun gücü ilə bağlı ilk etirafı deyil.

Bundan əvvəl Dağlıq Qarabağa könüllü gedən erməni polkovnik-leytenant Gevorq Azoyan Azərbaycan ordusunun onları qorxuya saldığını deyib.O, Azərbaycan pilotsuz təyyarəsinin hücumundan danışıb. Bildirib ki, erməni əsgərlər başlarının üstündə uçan aparatın sadəcə şəkil çəkdiyini düşünürdülər. "Amma pilotsuz təyyarə birdən yerə düşdü. Daha sonra təyyarənin  partlaması və yanğına səbəb olması hamı üçün gözlənilməz oldu. Əsgərlərin bəzisi yerindəcə öldü. Qalanları isə ya xəstəxanaya aparılarkən yolda, ya da xəstəxanada keçindilər”.O deyib ki, Talış kəndi ərazisində baş verən hücum nəticəsində həmin gün 9 erməni əsgər məhv edilib. 

Ümumiyyətlə, aprelin 2-dən 5-nə qədər cəbhə xəttində baş verən gərginliklər zamanı yüzlərlə erməni hərbçisi, hərbi texnikası məhv edilib. Azərbaycan ordusu bir necə strateji yeri ermənilərdən təmizləyə bilib.