Ermənistan, Qarabağ və İran qovuşuğunda milli park yaradılır

Almaniyadan olan donorlar Ermənistan, Qarabağ və İranın qovuşuduğu ərazidə milli parkın yaradılmasını dəstəkləməyə hazırdırlar.

sabahinfo.az Ermənistan mediasına istinadən bildirir ki, bunu ekologiya nazirinin müavini Xaçik Akopyan deyib.

 

Onun sözlərinə görə, layihə erməni təbiəti mühafizə və mədəniyyət fondunun və Almaniyadan olan donorların dəstəyi ilə hazırlanıb.

 

İran prezidenti Həsən Ruhaninin yaxınlarda Ermənistana səfəri zamanı layihə bu ölkədən olan ekoloqlara da təqdim olunub.

"Almaniyalı donorlar bu formatda işlə bağlı problem görmürlər. İranlı tərəfdaşlarla danışıqlara yenicə başlamışıq, ümid edirəm ki, uğurlu nəticələnəcək. Biz onlarla Araz çayı sahilində dostluq sərhəd parkı yaradırıq”, - Akopyan vurğulayıb.