Ermənistanın çöküşü sürətləndi

Ermənistana transfertlər əhəmiyyətli dərəcədə azalıb. Yerli ekspertlər artıq hesablayıblar ki, 2015-ci ilin birinci rübündə Rusiyadakı erməni miqrantlarının qazandığı pulların axını 119,3 milyon dollar azalıb.

Ermənistan kimi yoxsul ölkə üçün isə bu çox böyük rəqəmdir.

Görünür ki, bu Rusiya transfertinin həcminin iki dəfə azalmasıdır.

Bunun səbəbini isə hamı bilir. Rusiya iqtisadiyyatında böhran, milli valyuta rublun dollar, avro ilə müqayisədə çöküşü. Amma ən böyük itki rublu milli valyutaya çevirəndə olur.

Əlbəttə ki, Rusiyanın bu ölkədə çalışmaq istəyən əmək miqrantlarına qarşı sərt tələbləri də böyük rol oynadı. Ekspertlər qeyd edirlər ki, transfertlərin çöküşü Ermənistanda həm idxal, həm də ixracın azalması fonunda baş verib. Bu isə hər şeydən öncə daxili ticarətdə mənfi saldoya gətirib-çıxarıb.

Baş verən hər şey isə erməni valyuta ehtiyatlarına təsir edib. Valyuta ehtiyatının həcmi azalıb və buna görə də artıq iqtisadçılar həyəcan təbili çalırlar. Onlar deyirlər ki, ölkənin iqtisadiyyatı gün-gündən məhv olur.