Gənclər arasında vətənpərvərliyin təbliğatı aparılır Fotolar

İctimai Həyatda Gənclərə Dəstək İctimai BirliyiAzərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondununmaliyyə dəstəyi ilə "Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi təlimi” layihəsini həyata keçirir.

"Biz vətənpərvərik" adlı layihənin məqsədi yeniyetmə və gənclərin vətənpərvər ruhda böyüməsinə, pis vərdişlərdən uzaq olmasına, xüsusən də texnologiyanın inkişaf etdiyi dövrdə internetin ziyanlı təsirinə düşməmələrinə, əksinə, sosial şəbəkələrin müsbət tərəflərindən yararlanmağa xidmət edir.

Layihənin hədəf qrupu Qazax rayonunda yaşayan 13-28 yaş arasında olan gənclərdir. Orta məktəblərin aşağı siniflərində oxuyan şagirdlər təlimlərə dinləyici kimi də qatıla bilərlər.

Təlimdə məruzəçi, təlimçi və aparıcı Rauf Muradovolacaq.

Saytımıza açıqlama verən R.Muradov qeyd edib ki, ilk təlimlər Qazaxın bir neçə kəndində artıq baş tutub. Gənclərə izah olunub ki, vətənpərvərlikdən uzaq olan insanlar gələcəklərini yetkin və bilikli vətəndaş kimi qura bilmirlər. Bu da onlara millətin və dövlətin gələcəyinə xidmət etməyə imkan vermir. Bu baxımdan layihə boyu gənclərə tövsiyə olunacaq ki, öz üzərlərində işləsinlər, həm elmi, həm də milli baxımdan maariflənsinlər, vətənin gələcəyinin onlardan asılı olduğunu unutmasınlar: "Sözsüz ki, güclü, savadlı vətəndaş həm də güclü dövlət, inkişaf etmiş xalq deməkdir. Layihə boyu konkret ərazilərdə gənclərin fəaliyyətlərini vətənpərvərlik ruhunda qurmaları üşün geniş təbliğat işləri aparılacaq".