Günay Ağamalıdan açıqlama

Cənab prezident İlham Əliyev Tərtər - Ağcabədi - Ağdam rayonlarına səfəri zamanı həmişə olduğu kimi, çox ciddi məsələlərə toxundu. O, Dağlıq Qarabağ ətrafında baş verən proseslərə xüsusi yer ayırdı. Mart ayının 31 - də Dağlıq Qarabağda qondarma prezident seçkilərinin keçirilməsi dünyanın aparıcı dövlətləri və Beynəlxalq təşkilatlar tərəfindən tanınmamasını qeyd etməklə yanaşı, Avropa Şurasının sərgilədiyi qərəzli mövqe kəskin şəkildə tənqid olundu. Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq, son illər Avropa Şurasının Ermənistanın yanında olması qəbul edilməzliyi önə çəkildi. Azərbaycanın Beynəlxalq nüfuzu, gücü və qüdrəti artdıqca Avropa Şurası kimi təşkillatlar ölkəmizə qısqanclıq göstərir, qərəzli mövqe nümayiş etdirirlər. Əminəm ki, işğala məruz qalmış torpaqlarımız tezliklə azad olunacaq, qəsbkar Ermənistana ağır və sarsıdıcı zərbələr endirib, ərazi bütövlüyümüzü təmin edəcəyik. O gün çox da uzaqda deyil.

Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri,  "Buta” xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyinin sədri 

Günay Ağamalı