Milli Məclisin deputatı Səbinə Xasayeva Binəqədi rayonunun Biləcəri bələdiyyəsinin inzibati binasında seçicilərlə görüş keçirib. Görüşdə seçicilərin müraciətləri dinlənilib və qeydə alınıb,aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edib, onları narahat edən məsələlərin tezliklə öz həllini tapacağına əminliklərini bildiriblər.
Görüşdə Binəqədi rayon Biləcəri bələdiyyəsinin sədr müavini Osman Qasımov iştirak edib.