“Azəriqaz” İB-nin baş direktoru Qarabağ RQİİ-nin fəaliyyət hesabatını dinlədi

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədov Xankəndi şəhərində yerləşən Qarabağ Regional Qaz İstismarı İdarəsində olub. Baş direktorla yanaşı, rəhbər şəxslərin də iştirakı ilə birgə keçirilən iclasda əvvəlcə Regional İdarənin fəaliyyət hesabatı dinlənilib. Baş direktora ötən illər ərzində görülən işlər, yaxın perspektivdə qarşıya qoyulan hədəflər və planlar barədə ətraflı məlumat verilib. Statistik məlumatlar dinlənildikdən sonra baş direktor tərəfindən ünvanlanan suallar cavablandırılıb. İclasın sonunda baş direktor gələcək işlərin daha da səmərələşdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verərək Qarabağ RQİİ-nin əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulayıb.