İltizam Yusifov seçicilərini qəbul edib

Milli Məclisin Deputatı İltizam Yusifov Şirvan şəhəri vətəndaşları ilə növbəti qəbul keçirib.
Görüşdə seçiçilərin müraciətlərinə baxılmış, səlahiyyətlər çərçivəsində müəyyən məsələlərin həllinə köməklik göstərilmişdir və bəzi məsələlərin də həlli istiqamətimdə iş aparılır.

Ümumilikdə bu günə qədər daxil olmuş müraciətlərin məzmunu haqqında vəziyyət belədir:

1. Məşğulluqla bağlı;
2. Aztəminatlı ailələrə yardımların (karantin rejimi ilə əlaqədar) verilməsi ilə bağlı müraciətlər;
3. Əmək mübahisələri ilə bağlı suallar;
4. Yaşayış yeri ilə təmin olunma;
5. İçməli su təminatı. Su və kanalizasiya xətlərinin təmiri;
6. Şəhər nəqliyyatının vəziyyəti ilə bağlı problemlər;
7. Müalicə və dərmanların təminatı ilə bağlı müraciətlər;

Vətəndaşların müraciətlərinin təhlili, onların məsələlərə yanaşma tərzinin öyrənilməsi göstərir ki, vətəndaş öz problemi ilə əlaqədar müraciət etdiyi ilk instansiyadan bəzən əsaslandırılmış cavablar ala bilmir, nəticədə vətəndaş məmnun qalmır və digər instansiyalara məsələnin həlli üçün müraciətlərini davam etdirir. Digər bir fakt da mövcuddur ki, vətəndaşlar heç də həmişə aidiyyatı üzrə müraciətlərini düzgün qurmurlar və yaxud lazımi instansiyaya müraciət etmirlər.

Bundan əlavə qeyd etmək lazımdır ki, bəzən vətəndaşlar whatsappla, messengerlə və s. səs yazıları, hətta bəzən etik formata sığmayan səs yazıları da göndərirlər və sonra həmin problemlərin həllini tələb edirlər. Hesab edirlər ki, bu düzgündür.

Seçicilərdən xahiş olunur ki, Deputatın əlaqə nömrələrinin əlçatan olmasından və hər bir hətta kiçik bir müraciətə həssaslıqla yanaşılmasından süni istifadə etməsinlər.
Etik qaydalara riayət olunmalı, nəzərə alınmalıdır ki, deputat da qanunla müəyyən olunmuş statusa malikdir və o tək sənin deputatın deyil.
Freydin gözəl bir sözü var: "bu gözəl həyat təkcə sənin deyil, ....."

Bu cür qeyri-dəqiq və nəzakətsiz məlumatların özündə əks etdirən müraciətlər çox olmasa da var və bundan sonra həmin kontaktların bloklanması planlaşdırılır. Deputatınız hər zaman sosial şəbəkələrdə olur, hər bir vətəndaşın müraciətınə, yazısına reaksiya verir. İstənilən seçicı, istənilən vaxt Deputata prosedur qaydada müracət edə bilər.