İmamların ən müqəddəsi-ATA.
Yaxın bir dostum mənə dedi ki, hər evin imamı o evin ağsaqqalıdır.Yəni atan sənin imamındır.Yaş ötübtəcrübə artdıqca bu cümlədəki dəyəri , hikməti daha yaxşı anıayır insan.Qadınlara ilk sevginiz kim olub dedikdə 80%atam deyə cavab verir düşünmədən.Çünki atalar qız övladlarının qəhrəmanları olur.Həmişə atalarının kölgəsi, nəvazinə,diqqətinə ehtiyac duyur qadın 40 yaşı olsa belə.Atalar hər şeyi bilir,hamıdan savadlı, tədbirli güclü olur onlar üçün.Həyatda insana xəyanət etməyən,çətində qoymayan,arxa çevirməyən,əlini buraxmayan yeganə kişi atadır.Ata dağdır.Zirvəsini boran sis alsa belə əsla ucalığını itirməz.Atayeganə qüvvədir ki,verdiyi heç bir fədakarlığın qarşılığını istəməz,bütün səflərimizi görməzdən gələr.Özü ağarmış şalvarla gedər işə utana utana ama övladının təhsilini axsatmaz....
Qızıma sual verdim kimi çox istəyirsən?-Atasına sığındı.Qısqandım.Sonra güldüm özümə.Axı mən də atamı çox istəmişəm həmişə.Biz qadınlar beləyik.Onu niyə qınayım ki)).Alnında parıldayan tər dənələrinin hər biri dünyanın bütün almaz,mirvarilərindən qiymətlidir atanın .Çünki, zəhmətin, halal əziyyətin mücəssiməsidir.
Atalarınızın dəyərini bilin.Bir zamanlar başdaşını peşmanlıqla qucmaqdansa boynunu qucun.Hər anında sevginizi bildirin onlara.Sizin sevginizin ,diqqətinizin dəyərini ancaq onlar anlar.VAR OLSUN ATALAR!!!
Pərvin Abışova