Biz öz torpaqlarımıza qayıtdıq - Leyla Allahverdiyeva yazır

Əziz həmvətənlər,hər birinizi böyük fəxarət və qürur hissi ilə Zəfər Günü münasibəti ilə təbrik edirəm.

İki il öncə Azərbaycanın uzaq görən Prezidenti Cənab İlham Əliyevin məqsədyönlü siyasəti və rəşadətli ordusunun yenilməz gücü,əzimkar xalqının birliyi ilə Azərbaycan 30 il Ermənistanın işgalı altında olan torpaqlarını 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsi ilə azad etdi.

Bu qələbə təkcə torpaqlarımızın geri qaytarılması deyil,həm də milli ləyaqətimiz bərpa olunması deməkdir.

8 noyabr 2020 ci il Azərbaycan tarixinin şanlı səhifəsinə qızıl həriflərlə yazıldı .Həmin gün Ali Baş Komandanımız ,Müzəffər ordumuz xalqımıza bu böyük qələbənin müjdəsini verərək Şuşa azaddır dedilər.Həmin günü xalqımız böyük coşğu ilə qarşıladı.

Düşmən isə bu qələbəmizdən çox sarsıldı,acı məğlubiyyətin təsirindən yəqin ki ,uzun illər çıxa bilməyəcək.

Şuşa qələbəsi Azərbaycan ordusunun gücünü,əzmini,qətiyyət və iradəsini,uğurlu hərbi komandanlıq və idarəetməsini,sahib olduğu maddi və mənəvi üstünlükləri dünyaya bir daha sübut etdi .

Ölkə rəhbərimiz nəinki cəbhədə ,hətta informasiya sahəsində də ən məşhur xarici jurnalistlərin suallarını tutarlı tarixi faktlarla cavablandıraraq bütün dünyaya sübut etdi ki,Qarabağ Azərbaycandır!

Biz öz torpaqlarımıza qayıtdıq."Böyük Qayıdış" adlanan proqramın icrasına başlamışıq. Artıq işğaldan azad olmuş torpaqlarımızda bərpa və yenidənqurma işləri görülür və abadlaşdırılır.

Qarabağ bölgəsi,gözəl tarixi diyarımız sanki yenidən doğulacaq,yenidən canlanacaq,dirçələcək.

Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl guşələrindən  biri olan Qarabağ əsl cənnət məkanına çevriləcək.

Bu sevinci bizə yaşadan Müzəffər Ali Baş Komandanımıza,rəşadətli  ordumuza minnətdarıq.

Canları - qanları hesabına tarix yazaraq şəhidlik zirvəsinə ucalıb bizə bu sevinci yaşadan vətən oğullarının ruhu qarşısında baş əyir,qazilerimizə Allahdan şəfa diləyirik.

Biz  xalq olaraq Cənab Prezident İlham Əliyevin dəmir yumruğu ətrafında sıx birləşərək  hələ daha çox qələbələrə imza atacağıq!

Leyla Allahverdiyeva
SABAHİNFO.AZ