"Biz sözümüzü deyəcəyik, mübarizə aparacayıq" - Səməd Seyidov

"Heç kimin ixtiyarı yoxdur ki, ümumbəşəri dəyərləri özəlləşdirsin. Təəssüflər olsun ki, Azərbaycana "dərs" demək istəyən Fransa öz içərisində bu dəyərləri pozur".

Sabahinfo.az bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Komitə sədri bildirib ki, hər zaman Fransanın Azərbaycana qarşı ikili standartlarla, subyektiv yanaşmalarla ağlasığmaz iddialarla çıxış etdiyini müşahidə edirik.

"Bilməlidirlər ki, bu gün artıq qarşılarında fərqli Azərbaycan var. Biz sözümüzü deyəcəyik, mübarizə aparacayıq".