Kadırov Putinin polislərini yerindəcə güllələməyi əmr etdi

Çeçenistan təhlükəsizlik orqanlarının müşavirəsində Ramzan Kadırov rusları şok edəcək açıqlama ilə çıxış edib.


Avropa.info xəbər verir ki, Kadırov öz adamlarına Rusiyanın başqa regionundan gələn orqan işçilərinə atəş açmağa icazə verib. O halda ki, onlar Qroznının rəsmi razılığı olmadan respublika ərazisində əməliyyat keçirmək fikrinə düşələr. 


Kadırovun belə sərt qərar verməsinə daha əvvəl Qroznıda baş vermiş hadisə səbəb olub. Stavropoldan gələn polis işçiləri axtarışda olan şəxsi həbs edərkən ona atəş açıblar. Çeçen cinayətkar Cambulat Dadayev bazar günü Stavropol polisi tərəfindən Qroznıda güllələnmişdi.


Kadırov: "Bizin ərazimizdə belə bir şey daha olmayacaq. Kim əksini düşünürsə, səhv edir. Hər kəs bilməlidir ki, Çeçenistan respublikası ərazisində qanun hökmranlıq edir. Mən rəsmi şəkildə bəyan edirəm. Sizin icazəniz olmadan ərazinizdə peyda olan şəxs moskvalı olsun, ya stavropollu fərq etməz, vurun onu! Bizimlə hesablaşmalıdırlar”.