İyunun 24-də
rayonun Gənclər evində Kürdəmir rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə
26-iyun BMT-nin Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar "Narkomaniya əsrimizin
bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
sabahinfo.az-a veriləm məlumata görə Tədbirdə Kürdəmir rayon
İcra Hakimiyyətində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvləri, rayonun
hüquq-mühafizə orqanlarının əməkdaşları, ziyalılar və gənclər, rayon
ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri
giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq
şöbəsinin müdiri, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə üzrə rayon komissiyasının üzvi Şahin Əhmədov narkomaniya, onun
törətdiyi fəsadlar, Dövlət Proqramına uyğun olaraq rayonda komissiya tərəfindən
görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məruzə etdi. Şahin Əhmədov bildirib ki, "Narkotik vasitələrin, psixotrop maddələrin
və onların prekusorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı
mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın rayonda icrası ilə
əlaqədar olaraq Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə
tədbirlər planı işlənib hazırlanmış və tədbirlər həyata keçirilməkdədir. Şahin
Əhmədov qeyd edib ki, narkomaniyaya
qarşı cəmiyyətin bütün üzvləri mübarizə aparmalı, yeniyetmə və gənclər arasında
maarifləndirmə tədbirləri mütəmadi xarakter almalı,həmin tədbirlərə müharibə və
əmək veteranları,rayon ağsaqqalları və ziyalıları cəlb edilməlidir.
Tədbirdə
Kürdəmir rayon Gənclər və idman idarəsinin
rəis
müavini Qalib
Bağşıyev, Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının həkimi
Rasim Əzizov ,
rayon Polis şöbəsinin əməkdaşı İbrahim Sadıqov,
rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Vaqif Alıyev və başqaları çıxış edərək bəşəriyyətin ən böyük
bəlalarından olan narkomaniya, psixotrop maddələrin və digər zərərli
vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən,
genofondumuza vura biləcəyi zərərdən və onunla mübarizə yolundan danışıblar.