Biz qadın deyəndə yalnız onun zahiri gözəlliyi,
cazibədarlığı deyil, həmçinin ana olmasını, dünyaya övlad gətirməsini gözümüz
önündə canlandırırıq. Qadının varlığı yer üzündə insan
nəslinin daim var olması və coxalmasıdır. Məhz buna görə də müdriklər "ana
haqqı- tanrı haqqıdır”- dır deyiblər. Məhəmməd Peyğəmbər isə "Cənnət anaların
ayağı altındadır” deyərək qadına məhz bu yeri layiq görmüşdür. Hər dəfə uşaq
dünyaya gələndə onun valideynlərini təbrik edirlər. Lakin son zamanlar
(dünyanın bir çox ölkələrində bu tendensiya mövcuddur) qadın hamilə olanda, həm
özü, həm də ailə üzləri narahat olur, nə edəcəklərini, necə qərar verəcəklərini
düşünürlər. Çıxış yolunu isə çox zaman abortda görürlər. Hal-hazırda dünyada ən
aktual problemlərdən biri abortlardır. Aborta münasibət müxtəlifdir. Bir qrup
insanlar buna ailənin öz şəxsi qərarı olaraq hörmətlə yanaşdıqlarını
bildirirlər. Digər qisim insanlar abortu tibbi və psixoloji cəhətdən zərərli
olduğunu bildirirlər.
Saytımız tərəfindən aparılan
araşdırmalar zamanı o da məlum olub ki, əksər dövlət xəstəxanalarında, genekoloji
mərkəzlərdə həyata keçirilən aborta həkimlər gəlir mənbəyi kimi baxırlar. Belə
ki, özəl xəstəxanalarla yanaşı dövlət xəstəxanalarında olan mama-genekoloqlar
bu işin günahını deyil, maddi tərəfini düşünərək addım atır. Hər abort 100-300 manat arasında dəyişir. Onu da nəzərinizə çatdıraq ki, saytımızın
27.06.2019-cu il tarixli "Genekoloq Təranə Fətəliyevanın iyrənc əməlləri”
başlıqlı yazısında Biləcəri Dəmir Yolu Xəstəxanasının mama-genekoloqu Təranə
Fətəliyevanın həm abort həm də qadınlar üzərində həyata keçirdiyi digər
əməlləri (qızlığın tikilməsi) ilə bağlı məlumatları işıqlandırmışdıq. Təəssüf
ki, bu yazıya nə Biləcəri Dəmir Yolu Xəstəxanası nə də Səhiyyə Nazirliyindən
bir cavab oldu. Susmaq razılıq əlamətidir deyiblər. Güman edirik ki, aidiyyatı
qurumlar bu məsələlərə göz yummaqla öz səhvlərini boyunlarına alırlar.
Rəsmi məlumatlar da göstərir ki,
Azərbaycanda qadınların çoxu ya öz istəyi ilə, ya da ailəsi tərəfindən məcbur
edilərək qız uşağını abort edir.
Bu yaxınlarda Sabira adlı bir azərbaycanlı
qadın Əlcəzirəyə (Aljazeera) müsahibəsində danışıb ki, əri və ərinin ailəsi onu
seçim qarşısında qoyub; bətnindəki qızı məhv etməlidir, yoxsa küçəyə atılacaq.
Sabira yeganə qadın deyil. "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin
sədri Mehriban Zeynalova bildirir ki, uşaqların cinsiyyətinə görə abort
edilməsi Azərbaycan cəmiyyətinin böyük problemidir. Əlcəzirə yazır ki,
Azərbaycanda qız uşaqlarının abort edilməsinin bir neçə səbəbi var: Azərbaycan
kişilərin dominant olduğu ölkədir; ailələr kiçildikcə oğlan uşağı istəyi,
təzyiq artır; uşağın cinsini müəyyən etməyə imkan verən texnologiyalar geniş
yayılıb. Bütün bunlar uşaqların cinsiyyətinə görə abort edilməsini
asanlaşdırır.
Milli Məclisin deputatı Qənirə Paşayeva
deyir ki, dövlət problemin həllinə cəhd göstərib, amma qanun qəbul etmək azdır,
əhalinin savadlanmasına ehtiyac var.
"Aborta getmək hər bir qadının haqqıdır.
Amma uşağın cinsiyyətinə görə məhv edilməsinin qarşısını almaq üçün biz
hamiləliyin 3-cü ayından sonra, həkimin razılığı olmadan aparılan abortun
qadağan olunmasını istəmişik. Ancaq mən xalqın bu barədə məlumatlanmasının
tərəfdarıyam, çünki məsələni yalnız qanunla həll etmək olmaz.”
Birləşmiş Millətlər Təşkilatı
xəbərdarlıq edir ki, qadınların azlığı gələcəkdə fahişəliyin, adam oğurluğunun,
cinsi zorakılığın artması ilə nəticələnə bilər.
Artıq abortu gəlir mənbəyinə çevrilən həkimlər çox vaxt bu prosesi tibb müəssisəsindən kənarda ya icarəyə ofis götürlər ya öz evlərində həyata keçirirlər. Planlaşdırıq ki, hüquq-mühafizə orqanları və qadın təşkilatları ilə birgə bu araşdırmalarımız geniş vüsət alacaq.
Onu da nəzərinizə çatdıraq ki, Tibb müəssisəsindən
kənarda bu kimi işlərin həyata
keçiriləmi cinayət sayılır. Hüquqi normativ aktlarda bununla bağlı müddəalar öz
əksini tapıb.