Milli Şura yeni mitinq təyin etdi

Milli Şura mayın 17-də "Məhsul" stadionunda "Talana son!" tələbi ilə mitinq keçirəcək.

Bu barədə qurumun Koordinasiya Mərkəzinin mayın 7-də keçirilən iclasında qərar qəbul edilib. Milli Şura mitinqin keçirilməsi ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcək.