"Bütün müsəlmanların Ramazan bayramını təbrik edirəm. Bu bayram
günündə onlara cansağlığı, gözəl əhvali-ruhiyyə və xöşbəxtlik arzu edirəm. Uca
Allah niyyətlərinizi və orucunuzu qəbul etsin”.
Azərbaycan Xalq Cəbhəsi
Partiyasının (AXCP) sədri Razi Nurullayev Azərbaycan xalqını və dünya müsəlmanlarını
Ramazan Bayramı münasibətiylə təbrik edib. Sədr həmçinin dinlə bağlı bir sıra mətləblərə
də toxunaraq, İslam dünyasının ciddi problemlər içərisində olduğunu bildirib:
"Arzu edirəm ki, İslam dini üzərində dolaşan qara buldular yox olsun,
Müqəddəs Quran bütün müsəlmanların yolunu işqılandıran məşəl olsun. Heç kim,
dindən, İslamdan və müqəddəs Kitabımız olan Qurandan xain məqsədlər üçün
istifadə etməsin. Çünki, Allahınn bizə
cızdığı yoldan çıxmaq fəlakətlərə gətirib çıxarır.
Əfsuslar olsun ki,
bu gün İslam dinini radikal, baş kəsib qan tökməyə çağırış edən, İslam dinini
bütövlükdə qəddarlığa, cahilliyə çağırış edən din kimi qələmə vermək təsəbbüsləri
güclənir. Çünki, İslam dünyasında qəddarlıq, imansızlıq, yetimin malını yemə və
üqəddəs Kitabımızı şəxsi məqsədlər, o cümlədən İslam dinini siyasi amallar üçün
istifadə etmə halları çoxalıb.
Təssüf ki, bu gün İslam
dininin təbliğ etdiyi humanizm ayələri yox, kontekstdən çıxarılmış və ilk
baxışda zorakılğıa çağırış kimi görünən ayələri ortaya atılır. İslam dini
maariflənməni, oxumanı, elmi və məktəbi təbliğ edir. O cahilliyi qəbul etmir”.
"Bu gün İslam dininin əmr etdiyi davranışlar daha çox Xristian,
Buddizm və İnduizm dünyasında yerinə yetirilir” deyən AXCP sədri bildirib ki, elə məhz bu səbəbdəndir ki,
milyonlarla müsəlman Avropa Birliyi ölkələrinə, ABŞ, Kanada, Avstraliya, Yeni
Zelandiya kimi ölkələrə üz tuturlar:
"Orada heyvanların belə hüquqları olduğu halda, müsəlman dünyasında
yüz milyonlarla insan hüquqsuz vəziyyətdə yaşayır.
Arzu edirəm ki, elə bir İslam cəmiyyəti quraq ki, müsəlmanlar başqa
ölkələrə getməyə lüzum görməsinlər. İslam dinimizi zədələyən və onun adına
xilaf gətirən ünsürlərdən isə qurtulaq. İslam
adına terrorizmə isə lənət oxuyaq!”