Narazı müsavatçılar aksiya keçirdi

Bu gün Müsavat Partiyasının qərargahının qarşısında bir qrup partiya üzvü etiraz aksiyası keçirib.

Trend-in məlumatına görə, aksiyada Vurğun Əyyub və digər şəxslərin partiyadan kənarlaşdırılmasına etiraz edilib.

İştirakçılar Müsavat Partiyası rəhbərliyinin apardığı siyasətə, üzvlərə qarşı sərt qərarlara etiraz edərək növbədənkənar qurultayın keçirilməsini tələb ediblər.

Aksiya iştirakçıları, həmçinin Müsavat başqanı Arif Hacılıdan və sabiq başqan İsa Qəmbərdən repressiyalara son qoyulmasını tələb edib və hazırkı başqanı istefaya çağırıblar.