Ötən gün 87 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 87 cinayət faktı qeydə alınıb, onların da 27-si "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən (DİN)verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 32 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər tutulub.