Prezident Naxçıvanın baş nazirini təltif etdi

Azərbaycan prezidenti İlham Əliyev Niyazi Hüseynqulu oğlu Novruzovun "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

sabahinfo.az-ın məlumatına görə, N. Novruzov Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafında səmərəli fəaliyyətinə görə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə Əlövsət Qəzənfər oğlu Baxşıyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə "Şöhrət” ordeni ilə təltif edilib.