Brilliant Çingiz Abdullayevin müdafiəsinə qalxdı

Xalq artisti Brilliant Dadaşova Xalq yazıçıları Anar Rzayev və Çingiz Abdullayevi müdafiə edib.

Sabahinfo.az olay-a istinadən xəbər verir ki, bununla bağlı o, instaqramda status paylaşıb.

"Anar Rzayev, Nigar Rəfibəylinin bizə yadigarı, Allah sizə, Çingiz Abdullayevə və bütün ziyalılarımıza uzun ömür, səbir versin. Allah, ziyalılarımızı qoru, onlara can sağlığı və səbir bəxş et", - deyə, Dadaşova bildirib.

Qeyd edək ki, bir neçə gündür ki, Ç. Abdullayevin yazıçıların qurultayında jurnalistə qarşı səsləndirdiyi ifadələr sosial şəbəkələrdə qəzəblə qarşılanıb.