Şəhid olmuş hərbi qulluqçularımızın nəşləri döyüş meydanından çıxarılıb

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından təxliyə edilib.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.