Sumqayıt Dövlət Universitetinin tələbəsi özünü asdı

Sumqayıt Dövlət Universitetinin tələbəsi intihar edib. sabahinfo.az-ın məlumatına görə, həyatına qəsd edən Ağdam rayon Mirəşelli kənd sakini 1996-cı il təvəllüdlü Məmmədov Əfqan Maqsud oğludur.

Hadisə Ə. Məmmədovun Sumqayıt şəhərində kirayə qaldığı evdə baş verib.

Ə.Məmmədov Sumqayıt Dövlət Univeristetinin 3-cü kurs tələbəsi idi. 

Ə. Məmmədovun dostlarının sözlərinə görə, mərhumu ipdən asılı vəziyyətdə ilk görən onun otaq yoldaşları olub.

Gecə saat 04:50 radələrində Ə. Məmmədovun otaq yoldaşlarından biri mətbəxdə onu ipdən asıldığını görüb və digər otaq yoldaşını köməyə çağırıb.  Yoldaşları ipi kəssələr də, onun həyatını xilas edə bilməyiblər. Mərhumun üzərində məktub olmayıb.

Yoldaşları Ə.  Məmmədovun oxuduğu ali məktəbdə də hər hansı  problemi olmadığını, sevgi məsələsinə görə intihar etdiyini ehtimal etdiklərini bildiriblər.