Türkiyədə növbəti terror: 3 polis şəhid olub

Türkiyənin Diyarbəkir şəhərində polis avtomobili keçərkən partlayış törədilib.

 

Sabahinfo.az-ın "sözcü”ə istinadən məlumatına görə,  şəhərdəki Dəclə Universiteti yaxınlığında baş verən hadisə zamanı 3 polis əməkdaşı həlak olub, 3-ü yaralanıb. Yaralılar universitet xəstəxanasına çatdırılıb.  Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu deyilir.

 

Baş verən hadisədən sonra ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib