Bu gün MİQ imtahanı keçirilir

İyulun 12-də müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsində tarix, coğrafiya, informatika, fizika və fransız dili fənləri üzrə namizədlər iştirak edəcəklər.

Sabahinfo.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. 

Bu gün keçiriləcək test imtahanlarının I seansına 6353, II seansına isə 6627 namizəd dəvət olunub. 

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi 11-15 iyul tarixlərini əhatə edəcək. İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilir.