Bu gün “Qarabağ” “Frayburq”la qarşılaşacaq

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq.

Sabahinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Almaniyada "Frayburq"un qonağı olacaq.

"Europa-Park" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Görüşü belçikalı Erik Lambrextsin başçılıq erdiyi hakimlər briqadası idarə edəcək. "Köhlən atlar"ın heyətində zədəli Kevin Medina, meydan sahiblərində isə Roland Şallai eyni səbəbdən görüşü buraxacaq.

Beləliklə, Azərbaycan çempionu ardıcıl 9-cu dəfə avrokubokların qrup mərhələsində mübarizəyə başlayacaq.

G qrupunun digər oyununda "Nant" Fransada Yunanıstan "Olimpiakos"unu qəbul edəcək.

UEFA Avropa Liqası
G qrupu
23:00. "Qarabağ" (Azərbaycan) - "Frayburq" (Almaniya)
Baş hakim: Erik Lambrexts (Belçika)
Frayburq. "Europa-Park" stadionu