Bu gün təmsilçilərimiz "Avroviziya" səhnəsinə çıxacaqlar - VİDEO

Bu gün, mayın 13-də Bazeldə “Avroviziya 2025” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək.

Sabahinfo.az xəbər verir ki, ölkəmizi müsabiqədə təmsil edən "Mamagama" qrupu 10-cu nömrə altında səhnədə çıxış edəcək. Onlar “Run with you” mahnısını ifa edəcəklər.

Azərbaycanla birlikdə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də yarışacaqlar.

Yarımfinalın nəticələrinə əsasən mükafat uğrunda mübarizəni davam etdirəcək 10 finalçı müəyyənləşəcək.

Müsabiqə yerli saatla 23:00-da başlayır.

Qeyd edək ki, yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.