Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır

Azərbaycanda bu gündən vaksinasiyaya başlanmasına qərar verilib.

 Miqyas.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov bu gün Operativ Qərargahın brifinqində deyib.

Ş.Mövsümov bildirib ki, ilk mərhələdə tibb işçiləri vaksinasiya olunacaq.