"Bu, İran üçün "soyuq duş" effekti yaratdı" - Fəzail Ağamalı

"Azərbaycan və Türkiyə arasında əməkdaşlıq hər iki dövlətə ciddi uğurlar gətirəcək".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də, sabah da Türkiyə Azərbaycanın yanında olacaq. 

F.Ağamalı qeyd eidb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilanda açılışa qatılması həm Fransa, həm də İran üçün "soyuq duş" effekti yaratdı.