"Bu tədbirlər pandemiyanın törədə biləcəyi fəsadların qarşısını aldı" - Səhiyyə naziri

Ölkədə ən çətin və mürəkkəb bir dövrdə icbari tibbi sığortanın tətbiqi vətəndaşlara verilən dəyərin ən böyük təzahürüdür.

Sabahinfo.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib.

O qeyd edib ki, insan kapitalının inkişafı, səhiyyənin rəqəmsallaşması və maliyyələşməsi sahələrinə icbari tibbi sığortanın verdiyi töhfə olduqca vacibdir:

"Pandemiyanın ilk günlərində icbari sığortanın tətbiq etdiyi rəqəmsal tədbirlər və proqramlar pandemiyanın törədə biləcəyi fəsadların qarşısını aldı.

Eyni zamanda, istər dövlət, istərsə də özəl sektorlar arasındakı əməkdaşlığı yeni mərhələyə daşıdı".