"Bununla tıxacın qarşısını almaq mümkün olmayacaq" - Qüdrət Həsənquliyev

"İnsanların arasında fikir ondan ibarətdir ki, məmurların özləri də tıxaclara düşürlər, bundan narahatdırlar və istəyirlər ki, taksilərin sayını azaldıb tıxacın qarşısı alsınlar".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, bununla tıxacın qarşısını almaq mümkün olmayacaq: "Bunun üçün ölkədə keyfiyyətli avtobusların sayı artırılmalıdır".