“WhatsApp”dakı özəlliklər - “Facebook”a gəlir

"Facebook Messenger” "WhatsApp”ın izi ilə gedir. "Facebook”da başdan-ayağa şifrələnmə dönəmi başlayır.

sabahinfo.az Türkiyə mediasına istinadən bildirir ki, "Messenger”ə  "WhatsApp”da  istifadə olunan yeni şifrələmə xüsusiyyəti gələcək .

"Facebook” "Messenger”də bu yeniliyi tədbiq etməklə yazışmaların gizlilik dərəcəsini artıracaq.

"Facebook”un bünyəsində olan "WhatsApp” bu addımı ataraq sektorda bir ilki reallaşdıracaq.

Tədbiq olunacaq yenilik iki adamın mesajlaşmalarını yalnız özlərinin görməsinə icazə verəcək.