Yenilməz ordumuzun yaranma tarixi

Yenilməz ordumuzun yaranma tarixi. İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. 
Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.”Bəs niyə məhs 26 iyun??”Həmin vaxt bir çoxları bu sualı özünə verirdi.Çünki,73 il boyuncaTək sənədlər,arxivlər,tarix deyilbeyinlər də silinmişdi.Bu gün barədə xəbərdar olanların əksəri ya sürgün olunmuşdu,ya da güllələnmişdi.Həqiqətsə bu idi-Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1918-ci il 26 iyun tarixli fərmanı ilə Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Rus artileliyasının allahı adlandırılan Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni və bolşevik işğalından xilas etdi.AXC cəmi 23 ay ömür sürməsinə baxmayaraq silahlı qüvvələrin formalaşmasına nail oldu. Bunun sübutudur ki,AXC-nin yaranmasının birinci il dönümü günü İLK HƏRBİ PARAD təşkil edilmişdi.
Bu gün həmin hadisədən bizi 98 il ayırır. İndi çox şey dəyişib.Artıq güclü ,düşməni hər an yerində oturtmağa qadir ordumuz var.Əminik ki,bu ordunun bizlərə bəxş edəcəyi qələbə uzaqda deyil.Gələn il bu müqəddəs günü Cıdır düzündə təşkil olunmuş HƏRBİ QƏLƏBƏ PARADINDA qeyd etmək diləyi ilə-Silahlı Qüvvələr günün mübarək olsun AZƏRBAYCAN ƏSGƏRİ!!!!!!!!!
                                                                                                                                                                                                                                                                                                                   Pərvin Abışova