Cəbi Quliyev şəhid ailələrini ziyarət edib

Şəhidlərimizin ruhuna ehtiram, ailələrinə mənəvi dəstək göstərmək və gənclərin qəhrəmanlarımızı daha yaxından tanımasına, vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratmaq məqsədilə şəhid ailələri davamlı olaraq ziyarət olunur.

Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup könüllü gənc tərəfindən Şərur rayonunun Danyeri və Xanlıqlar kəndlərində yaşayan şəhid ailələri ziyarət olunub. Tədbir iştirakçıları bu məqsədlə şəhidlərimiz – Babayev Əli Həsən oğlu, Məmmədov Elşən Əziz oğlu, Məmmədov Ayxan Rəfail oğlu, Seyidov Raman Mirsalam oğlu və Əliyev Lətif Oruc oğlunun ailə üzvləri ilə görüşərək onların həyatı, keçdiyi döyüş yolu və qəhrəmanlıqları barədə məlumatlandırılıblar.

Gənclər və idman nazirinin müavini, Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov və Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev görüşlər zamanı şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildiriblər.

İştirakçılara qəhrəman şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Ailə üzvləri onların özünəməxsus xüsusiyyətləri ilə bağlı fikirlər səsləndirib, xatirələrini bölüşüblər.