Cinayət törədən 57 nəfər saxlanıldı

İyul ayının 11-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən qalan üç cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Sabahinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti tərəfindən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 55, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə üç nəfər ölüb.

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı yeddi fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.