Deputat Naxçıvanın statusunun ləğvi ilə bağlı iddialara münasibət bildirdi

Deputat Siyavuş Novruzov son günlər mətbuatda və sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasının statusunun ləğv olunması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

"Unikal" xəbər verir ki, deputat Milli Məclisdə çıxışı zamanı qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələrin getdiyi bir vaxtda bu mövzusunun müzakirə olunmasının yeridir?

"Bunu edənlər erməni və fransız dəyirmanına su tökənlərdir. Naxçıvan Muxtar Respublikasının statusu nə etnik, nə də millidir. Bu, siyasi statusdur".