Deputat "Ruhən şəhid Ananın Nurlanmış xatirələri” adlı kitabın təqdimat mərasimində

Bu gün “Ruhən şəhid Ananın Nurlanmış xatirələri” adlı kitabın təqdimatında iştirak etdik. Yasamal rayon Heydər Əliyev Mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, Vətən müharibəsinin şəhidi Nurlan Mustafayevin anası Rahilə Ramazanovanın “Ruhən şəhid Ananın Nurlanmış xatirələri” kitabının təqdimatı keçirilib.

Kitabda adını Zəfər tarixinə qızıl hərflərlə yazmış Nurlan Mustafayev haqqında anasının və yaxınlarının xatirələri, təhsil illəri, döyüş yolu, fotoşəkilləri yer alıb. Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən Nurlan Mustafayev Azərbaycan Bayrağı" ordeni,"Azərbaycan ordusunun 100 illiyi" yubiley medalı,III dərəcəli "Qüsursuz xidmətə görə" , “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Nurlan Mustafayev kimi peşəkar zabitlərimizlə hər zaman qürur duyacağıq! ALLAH bütün şəhidlərimizə rəhmət eləsin,doğmalarına və xalqımıza səbr, qazilərimizə şəfa versin.

Ülvi Quliyev 
Milli Məclisin deputatı