Deputat seçicilərini qəbul etdi

Sumqayıt şəhərindən Milli Məclisə deputat seçilən Emin Hacıyev növbəti dəfə seçicilərini qəbul edib. Və onların müraciət və problərini dinləyib,problemləri ilə maraqlanıb.

"Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatındakı qərargahımızda növbəti dəfə seçicilərimizi qəbul etdik, vətəndaşlarla görüşümüz oldu.

Şəhərimizin sakinləri ilə görüş zamanı onların müraciət və təkliflərini dinləyib, qayğıları ilə maraqlandım.

Seçicilər tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təminat, əmək pensiyasının hesablanması, əmək müqaviləsinə xitam verilərkən işçilərə ödənilən müavinət, istehsalat təcrübəsi və digər məsələrlə bağlı oldu.

Müraciətlərin bir hissəsi yerindəcə həllini tapdı, digər müraciətlər isə deputat səlahiyyətləri çərçivəsində nəzarətə götürülərək həll edilməsi üçün aidiyyati qurumlarla əlaqə yaradıldı.

P.S. Seçicilərlə görüşdə iştirak edən Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlını və bütün vəkil dostlarımızı 28 dekabr "Vəkil günü" - peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram!"