Deputat su məsələsinə görə aidiyyatı qurumların rəhbərlərini Şirvana dəvət edir

Şirvan şəhəri üçün problem olan İcməli su ilə bağlı məsələyə toxunmaq istiyirəm. Qaz kimi suyun da qiyməti bir neçə ay bundan əvvəl 2 dəfə artırıldı. Amma təəssüf ki, təminatda, o cümlədən xidmətin keyfiyyətində heç bir irəliləyiş olmadı. Keçən il bu vaxt biz Neftcalanın su problemindən danışırıqsa, artıq keçən iclasda Gəncənin problemi qaldırıldı, bu gün isə mən Şirvanın su problemindən danışacam.

Bu cür də məsələ günü-gündən dərinləşir, şəhər və rayonlarda insanlar su təminatından əziyyət çəkirlər. Siz təsəvvür edin, Kür çayı ortasından keçən bir şəhərin -Şirvan şəhərinin su təminatı yox səviyyəsindədir. İnsanlar əziyyət çəkir, yaşıllıqlar məhv olur.

Mən hesab edirəm ki, problem suyun az olması, suyun çatmaması ilə bağlı deyil,

Problem idarəetmədədir.

Təsəvvür edin Dövlər Proqramı çərçivəsində vəsait ayrılır. Sağ olsun Dövlətimiz. Azərsu isə işi özü görür, xətti özü çəkir, heç kimə təhvil vermir və öz balansına qəbul edir. Heç kimə hesabat verilmir, heç kimə də məlum olmur ki, nə iş görüldü, nə qədər vəsait xərcləndi. Sonra da deyirlər ki, vəsait yoxdur, qaldı gələn ilə ,vəsait ayırsalar yenə bu cür iş görərik.

Və yaxud bir su xətti sıradan çıxır və bütün əhali susuz qalır. Hamı gözləyir ki, Bakıdan maliyyə ayırsınlar, avadanlıq alıb gətirib həmin xətti bərpa etsinlər və nəticədə isə insanlar günlərlə əziyyət cəkmiş olurlar.

Belə idarəciliokmi olar?

Ümumiyyətlə su təhcizatı ilə bağlı məsələ düzgün təşkil olunmayıb.

1-cisi

Böyük xərc hesabına başa gələn İcməli su ilə bağ və ya yaxud yaşıllıqları sulamazlar.

Sulayanda da əhaliyə icməli su çatmır, Sulamayanda isə yaşıllıqlar məhv olur. Yaşıllıqlar həm də suyun sayğacla və baha olduğuna görə sulanmır.

2-cisi,

Əvvəllər şəhər və rayonlarda,o cümlədən Şirvan şəhərinin də özünün su təmizləmə, su kanal idarəsi var idi. Əhaliyə icməli su ayrı xətlə, məişətdə işlətmək üçün , yaşıllıqları suvarmaq üçün texniki su isə ayrı xətlə verilirdi. Necə ki, bu gün bütün dünyada belədir. İnkişaf etmiş ölkələrdə hətta çirkab suları da təmizlənərək suvarma və s. təsərrüfat işləri üçün əhaliyə ucuz qiymətə verilir.

Biz nə etdik? Rayon və şəhərlərdə yerli Su-təmizləyici idarələr ləğv edilərək, bütün infrastrukturu metallom kimi dögranılıb məhv edildi. Əvəzində 1 mənbədən 100 km-lərlə məsafədən həmin şəhər və rayonlara icməli su verilir. Və həmin xəttə hər hansı qəza olduqda onlarla şəhər və rayon susuz qalır. Texniki su xəttindən isə bu gün söhbət belə gedə bilməz, yoxdur.

Bu gedişlə su problemi getdikcə özünü daha da biruzə verəcəkdir. Hələ də gec deyil, Bu gün də həmin idarələri bərpa etmək olar.

Ölkə Başçısı cənab ilham Əliyevin keçən il bütün aidiyyatı qurumların iştirakı ilə müşavirə keçirdi. Ölkə başçısı tərəfindən təsdiq edilmiş Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər planına görə aidiyyatı qurumlar 2020-ci ilin sonuna qədər Kür-Araz ovalığında yerləşən yaşayış məntəqələrinin su təchizatının alternativ mənbələr hesabına təmin edilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməli idilər.

Mən aidiyyatı qurumlara sual edirəm. Hanı bizim alternativ yox, alternativsiz su mənbəyimiz? Hanı bizim alternativsiz su təhcizatımız?

Kanalizasiya ilə bağlı bircə onu demək kifayətdir ki, Şəhərin kanalizasiyasının yarısı birbaşa Şirvan Kollektoru vasitəsilə Xəzər dənizinə, yarısı isə siz təsəvvür edirsinizmi, Yeganə içməli su mənbəyimiz olan Kür çayına birbaşa axıdılır.

Mən aidiyyatı qurumların rəhbərini Şirvana dəvət edirəm. Gəlib baxa bilərsiniz. Gəlin və mənimlə birlikdə baxaq.

İltizam Yusifov
Milli Məclisin deputatı