Deputat Vətən müharibəsinin qəhrəmanları ilə görüşdü - FOTO

Aprel ayının 1-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonunda növbəti dəfə seçiciləri ilə görüşüb.

Sabahinfo.az xəbər verir ki,  İsmayılı şəhərindəki ofisində sanitar-epidemioloji tələblərə riayət olunaraq keçirilən qəbulda 80-ə yaxın sakin iştirak etmişdir. 2-ci Vətən müharibəsi qaziləri və iştirakçıları da deputatla görüşə gəlmişlər.  Qəbula gələn hər bir sakin zərurət olduğu halda görüşdən öncə qoruyucu maskalarla təmin edilib.  

Qazilərlə söhbətində millət vəkili 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi zəfər qazanan ordumuzun qəhrəman əsgər və zabit heyətinin sarsılmaz iradəsini, qələbə əzmini və yüksək döyüş məharətinin bütün dünyaya nümayiş etdirdiyini xüsusilə vurğulamışdır. Həmçinin, Vətən Müharibəsində bütün bölgələrdən olan igid oğullarımızla yanaşı İsmayıllıların da qəhrəmanlıqlarından qürur duyduğunu, bu qüruru yaşatdıqları üçün onlara minnətdar olduğunu bildirmiş, şəhidlərimizə Allahdan rəhmət və qazilərimizə şəfa diləmişdir.

Qaldırılan məsələlər əsasən sosial yönümlü olmuş, bir neçə məsələ yerindəcə həll edilmiş, digər məsələlər qeydə alınaraq əlaqədar qurumlara göndərilməsi nəzərdə tutulmuşdur. 

 Məlumat üçün bildirək ki, əhaliyə dəstək məqsədilə deputata müraciət edən rayon sakinlərinə ərzaq və qeyri-əqzaq yardımları edilmişdir.