Deputat: Zorakılıq məsələsi ilə bağlı maarifləndirmə işləri genişləndirilməlidir

Milli Məclisin deputatı Hicran Hüseynova parlamentin növbəti iclasında çıxışı zamanı bildirib ki, bu gün dünyada Zorakılıqla Beynəlxalq Mübarizə Günü qeyd olunur.

Sabahinfo.az-ın məlumatına görə, deputat vurğulayıb ki, Azərbaycanda zorakılıqla mübarizə sahəsində mühüm qanunvericilik addımları atılıb:

“Cənab Prezidentin və ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bu istiqamətdə mühüm normativ-hüquqi aktlar qəbul edilib. Eyni zamanda, birinci vitse-prezident Mehriban Əliyevanın qanunvericilik təşəbbüsləri zorakılığa qarşı mübarizənin gücləndirilməsinə ciddi töhfə verib”.

Hicran Hüseynova əlavə edib ki, mövcud çağırışlar fonunda zorakılıqla bağlı məsələlərdə daha təsirli tədbirlərin görülməsi vacibdir:

“Cəmiyyətin bütün səviyyələrində maarifləndirmə işləri genişləndirilməli, zorakılığın qarşısının alınması üçün kompleks fəaliyyət davam etdirilməlidir”.