"Dərmanlarla bağlı sənədin üzərində iş davam edir" - Komitə sədri

"Dərman vasitələri ilə bağlı proqramın üzərində iş davam edir. Sənədin bir neçə maddələri üzrə görüşlərimiz olub"

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, bu məsələ ilə əlaqədar Səhiyyə komitəsinə də  təkliflər daxil olub: "Biz həmin təklifləri Səhiyyə Nazirliyinə yönəldəcəyik ki, onlar da Nazirlər Kabineti ilə müzakirə etsinlər”.